Bu yolda sürət həddi endirildi
04 May 2025, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
1635
17.02.2025, 11:08
2025-ci ilin yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 400 manat məbləğində müəyyən edilib. Yəni işçilərə bu məbləğdən aşağı maaş verilə bilməz. Lakin bu, o demək də deyil ki, hər kəsə 400 manat əməkhaqqı ödənilə bilər. Söhbət ondan gedir ki, bir çox hallarda özəl sektorda çalışan mütəxəssislərə bu məbləğdə əməkhaqqı verilir. Ya da ki, işçinin məvacibi real olaraq yüksək olsa da, rəsmiləşdirmə zamanı minimum haqqı göstərilir.
Oxu24.com xəbər verir ki, qanunvericiliyə görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən nomativdir.
Maraqlıdır, bəs əməkhaqları nə qədər olmalıdır?
Minimum əməkhaqqı dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin birinci pilləsini təşkil edir. Ümumilikdə isə 19 dərəcədən ibarət olan cədvəl üzrə ən yüksək əməkhaqqı 1150 manat təşkil edir. Vahid Tarif Cədvəlinin tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir. Qanunveriliciyə görə, digər müəssisə, idarə və təşkilatların işçilərinin Vahid Tarif Cədvəli əsasında təyin olunmuş əməkhaqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır. Yəni hətta özəl müəssisə belə olsa, işçiyə ödənilən əməkhaqqı bu sənəddə göstəriləndən aşağı ola bilməz.
Məsələn, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında” Qərarına əsasən, mühasibin əməyinin ödənilmə dərəcəsi 5-11-ci dərəcələr aralığında müəyyən olunub. Vahid Tarif Cədvəlinə əsasən bu dərəcələr üzrə aylıq vəzifə maaşı 470-600 manat aralığındadır. Həmçinin psixoloq, hüquq məsləhətçisi, redaktor, tərcüməçi üzrə bu göstərici 490-600 manatdır.
Digər vəzifələr üçün isə minimum göstərici aşağıdakılardır:
- Əczaçı 490-550 manat
- Səs rejissoru, rejissor 550-600 manat
- Kassir 450-490 manat
- Mühəndis 490-600 manat
Həmçinin oxuyun
- İqtisadçı 490-600 manat
- Konstruktor 490-650 manat
- Bütün janrlardan olan artistlər 450-700 manat
- Memar 490-650 manat
- Katibə 433 manat
- İnkassator 450-470 manat
- Tibb bacısı 470-575 manat
- Müxtəlif ixtisaslı həkimlər 550-700 manat
- Baytar həkim 550-675 manat
Reallığa gəlincə, bu ilin əvvəlinə olan rəsmi statistikaya əsasən, Azərbaycanda çalışanların çox hissəsi (kiçik fərqlə) özəl sektorda çalışır. Son statistikaya görə, elə dövlət və özəl sektorda olan orta aylıq əməkhaqları arasındakı fərqi də ikincinin xeyrinədir. Lakin emal sənayesi, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi kimi sahələrdə özəl sektor dövlət sektorundan geridə qalır. (Qafqazinfo)
23:59 / 04 May 2025
Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə həlak oldu - FOTO
45
23:55 / 04 May 2025
Bu yolda sürət həddi endirildi
85
23:48 / 04 May 2025
Xaçmazda 73 yaşlı kişi intihar edib
40
23:38 / 04 May 2025
Moskvada yaşayış binasında güclü partlayış - Yaralılar var
41
22:12 / 04 May 2025
Dünya qərara gəldi ki, Rusiyanı bitirmək lazımdır - Putin
161
21:35 / 04 May 2025
Putin soyuducusunun içini göstərdi - VİDEO
182
21:15 / 04 May 2025
Ağır qəza baş verib - Yaralılar var
513
21:11 / 04 May 2025
AZAL İsrailə uçuşları dayandırıb?
85
20:33 / 04 May 2025
SON DƏQİQƏ! DİN bəyanat yaydı
1437
19:15 / 04 May 2025
Azərbaycan mədəniyyətinə ağır itki - FOTO
1755
18:07 / 04 May 2025
Onkoloqların tövsiyə etdiyi xərçəng əleyhinə səhər yeməyi
114
17:39 / 04 May 2025
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
384
15:54 / 04 May 2025
Günəşdən gələn təhlükə - Yeni araşdırma həyəcan siqnalı verir
195
15:54 / 04 May 2025
Si Cinpin Rusiyaya gedir
132
15:25 / 04 May 2025
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı, deport edilir
152
14:00 / 04 May 2025
Leysan,dolu,qar - Əhaliyə xəbərdarlıq
571
12:38 / 04 May 2025
“Vladimir Putin məndən xahiş etdi ki, dəvəti sizə çatdırım”
148
11:39 / 04 May 2025
Bu adamlara pomidor yemək qətiyyən OLMAZ...
201
10:59 / 04 May 2025
İsrail Türkiyə gəmisini VURDU
186
10:36 / 04 May 2025
May ayının bu günləri ilə bağlı VACİB XƏBƏRDARLIQ
659
10:33 / 04 May 2025
Kartdan oğurlanan pulları 1 saat ərzində qaytarmaq mümkündür -VİDEO
260
10:29 / 04 May 2025
Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
179
10:17 / 04 May 2025
Toyda faciə yaşandı:Yaralı var
1077
10:12 / 04 May 2025
Ekstrasensdən QORXUNC XƏBƏRDARLIQ
272
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.